İsmayıllı rayonunun Vaşa kəndi "Lahıc" turizm zonasında, Girdiman çayının sahilində, dağlıq ərazidədir. Kəndin adı əslində tat dilindəki veşə (meşə) sözü ilə bağlıdır.
2007-ci ildə kənd ərazisində başlayan sürüşmə sakinlərin Vaşanı tərk etmələrinə səbəb olub. Hadisədən sonra kənddə cəmi dörd ailə qalıb.
"Unikal"ın fotoqrafı Ayxan Malikov sözügedən kənddən fotoları təqdim edir.