"Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, "Texniki və texnoloji ixtisaslar qrupu" hissəsinə "Uçan aparatların texniki istismarı" ixtisası əlavə edilib.

Eyni zamanda, Xüsusi təyinatlı ixtisaslar qrupu yaradılıb və "Müdafiə fəaliyyəti (sahələr üzrə)" ixtisası bura əlavə olunub.