Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Kuleba Blinkenə "sülh formuluna” qlobal dəstəyin genişləndirilməsi üçün gələcək addımları və Ukrayna taxıl ixracını artırmaq üçün həll yollarını müzakirə edib.
“Mən ABŞ-a göstərilən bütün yardıma görə təşəkkür etdim və ATACMS-in təmin edilməsi yolu ilə Ukraynanın uzaqmənzilli imkanlarının gücləndirilməsinin vacibliyini vurğuladım”, - nazir Twitter-də əlavə edib.
Ordunun ATACMS taktiki raket sistemləri ABŞ-ın keçən il Ukraynaya göndərməyə başladığı HIMARS mobil sistemlərinin istifadə etdiyi raketlərdən təxminən 4 dəfə uzağa uça bilir.
Bu raketlərin uçuş məsafəsi 300 kilometrldir.