Ədliyyə Nazirliyinin baş idarə rəisi işdən azad olunub.

Unikal.org-a daxil olan məlumata görə, Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi-Baş icra məmuru, III dərəcəli dövlət ədliyyə müşaviri, Xanlar Zeynal oğlu Zeynalov 18 mart 2016-cı il tarixdə vəzifəsindən uzaqlaşdırılıb. Unikal.org-un məlumatına görə, X.Zeynalovu Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edir.
 
Məsələ ilə bağlı Unikal.org-a danışan Xanlar Zeynalov işdən çıxması iləbağlı bunları deyib: 
"Mən uzun müddətli məzuniyyətə çıxmışam. Mart ayının 19-da işçiləri yığdım onlarla sağollaşdım və işlərində möhkəm olmağı tövsiyyə etdim. Məni Bakı Appelliyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev əvəz edəcək. O əvvəllər Sabayil Rayon İcra şöbəsinin rəisi vəzifəsində çalışıb".
Həsən Babayev