"Yaxın günlərdə cəbhə bölgəsində vəziyyətin bir qədər də gərginləşməsi gözlənilir.

Bu fikirləri Unikal.org-a hərbi jurnalist, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov cəbhədəki Related imagevəziyyətlə bağlı şərh edərkən deyib. 

Onun sözlərinə görə, Müdafiə Nazirliyi bütün məsələləri bilir, izləyir və düşmənlə bağlı lazım olan addımları atır: "Ötən günlərdə Ermənistanın cinayətkar prezidenti müdafiə nazirliyində görüş keçirdi. O, öz yaxın ətrafına müəyyən göstərişlər verdi. Bu göstərişlərin də daha çox hissəsi aprel ayında Ermənistanda keçiriləcək parlament seçkilərinin Serj Sarkisyanın istəyinə uyğun olaraq baş tutması ilə bağlıdır. Sarkisyan da bilir ki, ondan çox böyük narazılıqlar var. Həmin narazılıqlardan diqqət yayındırmaq üçün cəbhə bölgəsində gərginliklər, atəşkəs rejiminin pozulması və digər hallar artacaq. Gələn aydan başlayaraq çox ağır hadisəərin şahidi olacağıq. Dünən Ağdam -Tərtər istiqamətində baş verənlər də onu deməyə əsas verir ki, artıq düşmən avtomat və pulemyotlardan deyil, minaatanlardan, artileriya mərmilərindən istifadə edir. Dünən bizim Şəmkirdən olan hərbi qulluqçumuz şəhid olub. Bundan başqa cəbhənin müxtəlif istiqamətlərində gərginliklər müşahidə olunmaqdadır. Müdafiə Nazirliyi bütün bu məsələləri bilir, izləyir və düşmənlə bağlı lazım olan addımları atır. Son dərəcə diqqətli və ehtiyatlı olmaq lazımdır. Yaxın günlərdə cəbhə bölgəsində vəziyyətin bir qədər də gərginləşməsi gözləniləndir.

H.Babayev