Qarın əriməsi səbəbindən Cəlilabad rayonunda xeyli yaşayış evi su altında qalıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Alar kəndində qar əriməsi səbəbindən yaşayış evlərini su basıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin 3 texnikası və xeyli sayda canlı qüvvəsi ərazidə çalışır. Xeyli yaşayış evini su basdığı bildirilir.

Su basmaya səbəb kimi dağlıq ərazidə qarın əriməsi göstərilir.