Azərbaycandan iki ölkənin dəmir yolları şəbəkəsini birləşdirən Astara (Azərbaycan) - Astara (İran) dəmiryolu xətti üzərindən İrana ilk sınaq qatarı gedib.
Unikal.org Report-a istinadən xəbər verir ki, tədbirdə hər iki şəhərin icra hakimiyyətinin başçıları, sərhəd zastavalarının rəhbərləri iştirak ediblər.
"Azərbaycan Dəmir Yolları QSC-dən isə bildiriblər ki, dəmiryolu xəttinin rəsmi açılış mərasimi martın 6-da baş tutacaq.
Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 2000-ci il sentyabrın 12-də Sankt-Peterburq şəhərində bağlanılıb.
Azərbaycan isə sazişə 2005-ci ildə qoşulub. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.