"Cənab prezidentin sərəncamı mənim üçün bir sürpriz və unudulmaz 8 mart hədiyyəsi oldu."
Bu sözləri unikal.org-a tanınmış müğənni Xumar Qədimova bildirib.
O deyib:
"Müxtəlif sahəni təmsil edən qadınlarımızın içərisində tək sənətçi olaraq mənim "əməkdar artist" fəxri adıyla təltif olunmağım məni duyğulandırdı. Mənə və təltif olunan bütün qadınlarımıza bu gözəl sevinci bəxş etdiyinə görə ölkə başçısına təşəkkürümü bildirirəm.
Bu təltif Azərbaycan musiqisinin, mədəniyyətinin təbliğində bundan sonra daha çox enerjiylə çalışmağıma bir stimuldu. Bir daha cənab prezidentə minnətdarlığımı bildirir və məni sevən, təbrik edən bütün insanlara təşəkkürümü çatdırıram".
Xatırladaq ki, dünən prezident İlham Əliyev 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Tanınmış müğənni Xumar Qədimova "Əməkdar artist fəxri adına layiq görülüb.