Türkiyənin məşhur müğənnsi İbrahim Tatlısəs əlillik pensiyasına çıxmaq üçün İzmir Tepecik Təhsil və Araşdırma Xəstəxanasına müraciət edib.
Unikal.org xəbər verir ki, Tatlısesin 800-4 min lirəyə qədər pensiya alacağı deyilir. Bundan başqa Tatlıses biznesin idarə etməsi üçün dövlətin bəzi vergi yükündən də azad ediləcəyi deyilir.
Xatırladaq ki, 2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllə yarası alıb. "Nurol Plaza"da çəkilən bir proqrama qatılan Tatlısəs çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən həmin maşına yaxınlaşan avtomobildən Kalaşnikov avtomatı ilə ona atəş açılıb. Güllələrdən biri Tatlısəsin başına dəyib. Sənətçinin yanındakı assistenti Buket Çakıcı da yaralanıb. Tatlısəs zədəsi ağır olduğundan oxuya bilmir.