"Bu şəhərdə komandasının "Diyetaa adlı konsert proqramı baş tutub.
Unikal.org-un məlumatına görə, aparıcılığını Saleh Bağırovun etdiyi gecəni izləməyə gələnlər arasında incəsənət aləminin tanınmış simaları da yer alıblar.
Əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov bir-birindən maraqlı səhnəciklər nümayiş etdiriblər. Onlar arasında ən çox diqqət çəkəni xalq artisti Aygün Kazımova ilə müğənni-bəstəkar Rəhim Rəhimli olub. "Bu şəhərdə komandası eyni zamanda müğənni Niyam Salamini də parodiya ediblər.
Ssenaristliyini Müşbiq Abbasovun etdiyi "Bu şəhərdə"nin konserti martın 10-na kimi davam edəcək.axşam.az