Elman Babayev deyir ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq bunun üçün müsabiqələr keçirir

Azərbaycanın dövlət büdcəsi sosialyönümlü olduğundan, hər il aztəminatlı, əlil şəxslərin problemlərinə büdcədən küllü miqdarda vəsait ayrılır. Bu istiqamətdə dövlət siyasətini həyata keçirən əsas qurum isə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Bəs görəsən bu il necə, nazirlik bu yöndə hansı işləri həyata keçirməyi nəzərdə tutur? Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığımız suala cavab olaraq öyrəndik ki, bu il də aztəminatlı, əlil şəxslərin sosial müdafiəsi, cəmiyyətə inteqrasiyası, sağlamlığının və məşğulluğunun təmini üçün bir sıra layihələrin icrası planlaşdırılır. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev bildirdi ki, artıq 2017-ci il üzrə sosial sifarişlər üçün müsabiqələrin keçirilməsinə start verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq "Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının , "Milli qəhrəmanların tanıdılması kampaniyasının təşkili, "Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili məqsədi ilə onların istirahət zonalarına göndərilməsi və "Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatıadlı müsabiqələr keçirir: " "Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması məqsədi ilə təbliğat kampaniyasının təşkili adlı müsabiqənin keçirilməsində əsas məqsəd əlil və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına mane olan və onların cəmiyyətdə inkişafına mənfi təsir göstərən, habelə təcrid olmaya gətirib çıxaran neqativ halların qarşısının alınması və uşaqların fiziki, əqli potensiallarının üzə çıxarılması məqsədilə məlumat və maarifləndirici xarakterli tədbirlərin həyata keçirilməsindən ibarətdir. "Milli qəhrəmanların tanıdılması kampaniyasının təşkili adlı müsabiqənin keçirilməsində əsas məqsəd Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin təbliği kampaniyasının təşkili və bu istiqamətdə məlumatlandırıcı tədbirlərin həyata keçirilməsindən ibarətdir. "Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının təşkili məqsədi ilə onların istirahət zonalarına göndərilməsi adlı müsabiqənin keçirilməsində əsas məqsəd əlillərin və sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili, əlillərin və sağlamlıq imkanları məhdud uşaqlara digər şəxslərlə bərabər istirahət etmək üçün şəraitin yaradılması,əlillərin cəmiyyətə inteqrasiya olunması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə adaptasiyası məqsədilə psixoloji və mənəvi vəziyyətinin reabilitasiyasından ibarətdir. "Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların əlillik problemi ilə bağlı informasiya təminatı adlı müsabiqənin keçirilməsində əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların əlillik poroblemi ilə bağlı informasiya təminatının artırılmasından ibarətdir. Sadalanan müsabiqələr yaxın günlərdə, martın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçiriləcək.

Nazirlik sözçüsü deyir ki, bundan əlavə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Sağlamlıq imkanları məhdud uşaqların (daun sindromlu) sosial reabilitasiyası, "Sağlamlıq imkanları məhdud uşaqlara (autizm) defektoloji və psixoloji yardım göstərilməsi, "Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, "Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya xidmətlərinin göstərilməsiadlı müsabiqələr də keçirir: " "Sağlamlıq imkanları məhdud uşaqların (daun sindromlu) sosial reabilitasiyasıadlı müsabiqənin keçirilməsində əsas məqsəd daun sindomlu 50 uşağın sosial-psixoloji, pedaqoji və sosial mədəni reabilitasiyasını həyata keçirmək,uşaqların asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq və daun sindromlu uşaqlarla çalışan əməkdaşların müvafiq sahədə nəzəri və təcrübi biliklərinin artırılmasını təmin etməkdən ibarətdir. "Sağlamlıq imkanları məhdud uşaqlara (autizm) defektoloji və psixoloji yardım göstərilməsi adlı müsabiqənin keçirilməsində əsas məqsəd 18 yaşadək sağlamlıq imkanları məhdud olan autizm sindromlu uşaqlara psixo-sosial reabilitasiya xidmətlərinin göstərilməsi, autizm sindromlu sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirmək və 100 autizm sindromu olan uşağa psixo-sosial reabilitasiya xidmətlərinin göstərilməsindən ibarətdir. "Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası adlı müsabiqənin keçirilməsində əsas məqsəd 18 yaşadək sağlamlıq imkanları məhdud 100 uşağa sosial reabilitasiya xidmətlərinin göstərilməsi və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Eyni zamanda "Eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya xidmətlərinin göstərilməsi adlı müsabiqənin keçirilməsində əsas məqsəd 0-18 yaş arası eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya və nitq inkişafı mərkəzinin yaradılması, həmin uşaqların reabilitasiyası, nitq qabiliyyətinin inkişafı və korreksiyası məqsədilə onlara psixo-pedaqoji, loqopedik, sosial və təhsil xidmətlərinin göstərilməsi, reabilitasiya və nitq inkişafı mərkəzinin işçilərinin təlimləndirilməsi, eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqların ailələrinin bilik və bacarıqlarının inkişaf etdirilməsi,100 nəfər eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətlərinin göstərilməsi və 100-ədək valideynə sosial - hüquqi xidmətlərin göstərilməsindən ibarətdir. Müsabiqə bu günlərdə, martın 6-da keçiriləcək.

Söhbət zamanı öyrəndik ki, nazirlik həmçinin bu il çətin ailə şəraitində olan uşaqlardan da öz dəstəyini əsirgəməyəcək. E. Babayev bildirdi ki, bu məqsədlə nazirlik bu il "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə, Quba, İsmayıllı rayonları üzrə) adlı müsabiqə keçirir. Müsabiqənin keçirilməsində əsas məqsəd 3-12 yaş arası (3-6 yaş arası olan və uşaq baxçasına yerləşdirmə imkanı olan uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqlara günərzi xidmətləri göstərəcək Mərkəzlərin fəaliyyətinin təşkili, həmin uşaqlara gündəlik inkişaf xidmətlərinin göstərilməsi, onlara psixoloji dəstəyin və məsləhətlərin verilməsi, həmin uşaqlar üçün hüquqi müvəkkilliyin təmin edilməsi, həmin uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət bacarıqlarının artırılması və təxəyyülün inkişaf etdirilməsi, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasının təmin edilməsi, mərkəzlərə cəlb edilən uşaqların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlərin həyata keçirilməsi, çətin həyat şəraitində olan ailələrin mərkəzlərin fəaliyyəti haqqında məlumatlandırılması və onların sosial xidmətlərə çıxışının təmin edilməsi, 2017-ci il ərzində hər bir mərkəzdə azı 30 uşağa günərzi xidmətlərin göstərilməsindən ibarətdir.

Nazirlik "Sağlamlıq imkanları məhdud uşaqlar üçün (Şəmkir, Biləsuvar, Cəlilabad, Xaçmaz, Masallı, Sabirabad, Yardımlı, Şamaxı, Ağdaş, Zaqatala, Ağstafa, Saatlı, Balakən, Göyçay, İmişli, Gədəbəy, Sumqayıt, Mingəçevir, Şirvan şəhər və rayonları üzrə) icma əsaslı sosial reabilitasiya mərkəzlərinin fəaliyyətinin təşkili ni də həyata keçirəcək. Bu müsabiqənin keçirilməsində əsas məqsəd 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı reabilitasiya xidmətlərinin göstərilməsi, ailələri səlahiyyətləndirmək və onların bilik və bacarıqlarını inkişaf etdirmək, 2017-ci il ərzində azı 50 nəfər sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətlərinin göstərilməsi, 150-dək valideynin İƏR haqqında məlumatlandırılmasından ibarətdir.

Nazirlik həmçinin bu il əlillərin sanatoriyalara göndərilməsini də planlaşdırır: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi "Əlillərə sanatoriya-kurort putyovkalarının (yollayışların) alınması adlı müsabiqə keçirir.

Müsabiqənin keçirilməsində əsas məqsəd Əlillərin sanator-kurort müəssisələrində müalicəsini təşkil etmək,Əlillərin cəmiyyətə inteqrasiyasını təmin etmək və Əlillərin səhhətlərində olan problemləri qismən aradan qaldırmaqdan ibarətdir.

Z.Məmmədli