Əməkdar artist Kəmalə Rəhimli şəxsi həyatı ilə bağlı maraqlı bir sirrin üstünü açıb.
Unikal.org-un məlumatına görə, "APA TV-də Yalçın Uğurun təqdimatı ilə yayımlanan "Show time verilişində qonaq olan ifaçı bildirib ki, qayınanası, əməkdar artist Rəhilə Həsənovaya görə onun övladını öldürüblər: "Qayınanam böyük oğlunu Əzizbəyov xəstəxanasında Adilə xanımın yanında dünyaya gətirmişdi. Mən də övladımı dünyaya gətirəndə ora getdim, dedim, artıq övladımı dünyaya gətirməliyəm. Həmin həkim bildi ki, mən Kəmalə Rəhimliyəm. Dedi ki, bunun qayınanası mənə hörmət eləməyib. Təsəvvür edin ki, doğuşa çıxan bir qadına belə bir söz deyib, prinsip aparırsan. Mən elə günə düşdüm ki... Ondan sonra bilmədim ki, uşağın başına oyun açdılar, 3 gün sonra uşağım öldü. Bunu ilk dəfədir ki, açıqlayıram.
Qeyd edək ki, K.Rəhimlinin 1 oğlu və 1 qız nəvəsi var.