"İllərləefirlərdə, konsertlərdəolan sənətkar var ki, mənim üç-dörd ildə qazandığımı əldə edə bilməyib. Statusu, sevgini, dövlət tərəfindən hörməti qazanmaq üçün dürüst və sənətkar olmaq lazımdır".
Unikal.org-un məlumatına görə, bu sözləri xalq artisti Nazpəri Dostəliyeva "Klip+" verilişinə açıqlamasında deyib.
Müğənni illərlə küsülü olduğu xalq artisti İlhamə Quliyeva haqda danışıb. O, mərhum müğənnini bağışldığını deyib:
"Sözsüz ki, onu bağışladım. Allah rəhmət eləsin. İndi haqq dünyasındadır, yanlış addımlar atdı, sonra peşman oldu".
N.Dostəliyeva "Nazpəri xanım sevir" sualına belə cavab verib:
"Fəxr edirəm, gecə-gündüz şükür edirəm ki, Allah mənə övladlıq, valideynlik və nənəlik bəxş etdi.