"Necə ki təbiət oyanır, insanda da həvəs yaranır. Elə bilirsən ki, yenidən doğulmusan. Həmişə Novruz gələndə mən bu hissi keçirirəm. Yeni ümidlərlə, yeni arzularla yaşayıram. Yaz hələ tam gəlməyib".
Unikal.org xəbər verir ki, bu sözləri ARB ULDUZ-un "Şou-məkan verilişində qonaq olan əməkdar artist Mətanət İsgəndərli deyib.İfaçı ev işləri görmədiyini etiraf edib:
"Hərdən mənə deyirlər ki, evdə iş görmürsən. Deyirəm yazıq canım, çöldə də işləyim, evdə də? Kişilər görmüsüz ki, evdə işləsin? Kişi evə gələndə arvad deyir ki, işdən gəlib yorğundu. Qulluq edir ona. Mən də deyirəm, evin kişisi gəldi, qullaq edin.
İfaçı sənət adamlarının parodiya edilməsindən danışıb:
"Bir də görürsən ki, mənə zəng vururlar, filankəs səni belə parodiya elədi. Onlar elə bilirlər ki, bu, məni əsəbiləşdirəcək. Əksinə xoşuma gəlir,gülürəm. Məni parodiya edirlərsə, deməli, məni yaşadırlar də. Ürəyim gedir də, təsəvvür edin mənim paltarlarımı geyiniblər. Xatun da məni parodiya edir.
Qızı Ülkərdən söz açan M.İsgəndərli onun seçimlərinə qarışmadığını deyib:
"Yanlış məlumatların gəzməyindənsə, öz dilindən eşitmələri daha yaxşıdır. Mənim qızım onun haqqında danışmağımı xoşlamır. Həmişə deyir ki, "ana, mənim şəxsi həyatımdan danışma. Qızımı hələ nişanlamamışam. Qismət... Olan kimi biləcəksiniz. Mən Ülkərə qarışmıram. Böyük qızdır,o, ailə qurur, mən yox. Mən qayınana yox, yaxşı anayam. Heç vaxt özümü fikirləşməmişəm, balalarımı düşünməmişəm.