Ötən gün "APA TV-nin "Show time verilişi mərhum əməkdar artist Xanım Qafarovanın ailəsində qonaq olub.Mərhum aktrisanın anası və qızı verilişə maraqlı açıqlamalar veriblər.
Unikal.org xəbər verir ki, Gövhər nənə söhbətində deyib ki, bu həyatda sevincli anı olmayıb:
"Qızımın arzusu çox idi, heç birinə çata bilmədi. Bu həyatda çox şey məni kövrəldir. Həyatda ömür boyu kövrəlmişəm. 4 övladım dünyasını dəyişib, böyük qızım da 4-5 ildir ki, gözdən əlildir, gözləri tutulub. Bu həyatda heç sevinməmişəm. Həyat yoldaşım çox yaxşı kişi olub. Hər zaman xanım çıxışlarında deyirdi ki, bu həyatda 5 ata varsa, o da mənim atamdır. Həyatdı da, indi möhtacam.
X.Qafarovanın qızı Gövhər isə deyir ki, anası ilə yuxularında danışır:
"Anamın şəkillərinə baxıb, onunla danışıram. Ona deyirəm ki, mən dərslərimi yaxşı oxuyuram. Hər zaman 5 alıram. Müəlliməm hər zaman məni tərifləyir. İnşallah mən də böyüyüb, vətənə layiq vətəndaş olaram. Anam tez-tez yuxularıma da girir.
Mərhumun qızı Gövhər bildirdi ki, onun ata nəvazişinə ehtiyacı var:
"Atam yanıma tez-tez gəlmir. Deyir, xəstəyəm. Yəni ayda, ildə bir dəfə gəlir. Mən ona zəng edirəm, gah telefonu bağlı olur, gah da borcları olur. Amma istəyərdim, o da mənə hər gün dəysin. O, mənim anamın əvəzini tutmur. O, mənə 2-3 dəfə, mən ona çox zəng eləmişəm. Amma zəngimə cavab vermir. Dəstəyi açanda da ancaq özündən danışır. Məni soruşmur. Amma istəyərdim ki, mənlə də bir az danışsın, hal-əhval soruşsun.
Gövhər nənə də nəvəsinin sözlərinə biganə qalmayıb:
"Özümüz atasına yalvarırıq ki, heç olmasa ata sözünü yadından çıxartma. Ana deyə bilmir, heç olmasa, ata deyə bilsin. Səndən heç nə istəmirik ki..."
Qeyd edək ki, X.Qafarova 2014-ci il iyulun 14-də 47 yaşında vəfat edib.