Xalq artisti Faiq Ağayev sosial şəbəkədə yeni bir paylaşım edərək mərhum atasını yad edib.
Unikal.org xəbər verir ki, xalq artisti İnstaqram səhifəsində atasının fotosunu paylaşaraq təəssüratlarını bölüşüb.
"Zaman amansızdır... Ruhun şad, məkanın cənnət olsun, ata. Ölüm - yaşam haqqımız, həyatın gerçək bir üzüdür. Amma biz bunu yaxınlarımızdan biri vəfat etməyənə qədər, sanki heç zaman bizə gəlməz deyə bilirik, hiss edirik.
Lakin o, bir gün bizim və hər kəsin ən yaxınlarının da qapısını çalır. Ürəyim ağlayır".