“Bir çox teleproqram uşaqların psixikasına mənfi təsir göstərir...”
11:32 06-07-2012
CƏMİYYƏT
“Bir çox teleproqram uşaqların psixikasına mənfi təsir göstərir...”
“Bu proseslərdə xarici amillərin rolu, marağı olanda proseslər arzuolunmaz məcraya yön alır”
“İnformasiya sivilizasiyasının mövcud reallığı və milli dövlətçiliyin yeni mərhələsi dövlət inkişafının bütün istiqamətlərində müvafiq yeni siyasi davranış üsullarının tətbiqini gündəmə gətirir”.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova söyləyib. Rəbiyyət Aslanova deyib ki, fasiləsiz olaraq, dəyişən reallığın mənəvi süzgəcdən keçirilərək, çevik dəyərləndirilməsi ən vacib məsələlərdəndir: “Biz hələ 2008-ci ildə informasiya və psixoloji təhlükəsizlik haqda qanunun qəbul edilməsi barədə təklif vermişik. İnformasiya Ombudsmanının təsis edilməsini qeyd etmişəm. Azərbaycana xarici ölkələrdən daxil olan çoxlu sayda qəzet və jurnalın ekspertizasını aparsaq, burada insanların beyninə yad və yanlış ideyalar yeridildiyini görəcəyik”.
Komitə sədri hesab edir ki, cəmiyyətdə milli düşüncəyə, mənəviyyata, tarixə xələl gətirə bilən hər hansı bir ideya yayılırsa və bu, insanların şüuruna hakim kəsilirsə, qloballaşan dünyada insanı milli sərvətlərdən, mənliyindən, kimliyindən uzaqlaşdıran ideyaların qarşısı alınmalıdır: “21-ci əsrdə yalnız öz torpağını təkcə torpaq kimi deyil, mənəviyyat məkanı kimi qoruyan, milli-mənəvi müqavimət qüvvəsini ortaya qoymaq iqtidarında olan ölkələr sabaha addımlaya biləcək”.
Rəbiyyət Aslanova qeyd edib ki, dünyanın 35 ölkəsində psixi sağlamlıq və psixi təhlükəsizlik haqqında qanun qəbul olunub. İnkişaf etmiş dövlətlərdə bu qanundan irəli gələn məsələlər çox geniş formada həyata keçirilir. Məsələn, ABŞ-da bu istiqamətdə ildə milyardlarla dollar pul ayrılır: “Burada TV məkanından internet istifadəsinə qədər bütün sahələrdə insanların hüquqlarının qorunması nəzərdə tutulur. Bu gün bizdə ən böyük problemlərdən biri TV və internet istifadəçiləri tərəfindən bunun gözlənilməməsidir. Tamaşaçılar əvvəlcədən verilişin konkret olaraq hansı yaş qrupuna şamil edildiyini bilməlidirlər. Çünki nümayiş olunan bir çox veriliş konkret olaraq, uşaqların psixikasına mənfi təsir göstərir. Bununla çox rastlaşırıq. Real həyatda cəmi 1 nəfər dostu – tanışı olmayan insanların baxırıq ki, virtual şəbəkədə 400-500 dostu var. Fikir versək, sosial şəbəkələrdə “dostların” sayı nə qədər artırsa, real insanlararası ünsiyyət bir o qədər də azalmağa başlayır. Bu isə canlı münasibətlərə təsir edir və önləyici tədbirlərin görülməsini, insanları maarifləndirməyi, cəmiyyətdə sosial institutların rolunun artırılmasın tələb edir”.
Komitə sədri eyni zamanda bildirib ki, dünyanın heç bir ölkəsi informasiya hücumundan sığorta edilməyib: “Üstəlik də, bu proseslərdə xarici amillərin rolu, marağı olanda proseslər arzuolunmaz məcraya yön alır. Azərbaycan müharibə şəraitində yaşayır və ərazi bütövlüyünü bərpa etmək ümummilli məsələdir. Bu gün ABŞ xarici ölkələrdə bloggerləri qorumağa 25 milyon dollar vəsaiti sərf edir və bu özü də birmənalı izah edilən məsələ deyil. Qloballaşan dünyada informasiya azadlığı və milli informasiya təhlükəsizliyinin olduqca həssas, kövrək münasibətləri, nisbəti mövcuddur. İnformasiya azadlığı və informasiya təhlükəsizliyinin özü çox ciddi müzakirələrin mövzusudur”.
Digər Xəbərlər
2024-11-22 23:33:36
2024-11-22 22:48:30
2024-11-22 20:35:08
2024-11-22 19:38:04
2024-11-22 18:45:14
2024-11-22 18:41:19
2024-11-22 18:05:14
2024-11-22 17:54:00
2024-11-22 17:28:04
2024-11-22 16:55:08
2024-11-22 16:46:45
2024-11-22 16:39:35
2024-11-22 16:28:54
2024-11-22 16:27:05
2024-11-22 16:24:00
2024-11-22 15:55:41
2024-11-22 15:54:59
2024-11-22 15:46:00