Çexiya prezidenti Miloş Zeman cümə günü rus casusu, xüsusilə də, Rusiya prezidenti Vladimir Putinin casusu olduğunu bəyan edib.
Unikal.org "Çeşskie novosti"yə istinadən xəbər verir ki, lakin onun növbəti ifadəsi bəyanatın zarafat olduğunu göstərib.
Zeman əlavə edib ki, o, həmçinin Çin sədri və Amerikanın yeni prezidentinin də casusudur.
Prezident daha sonra bildirib ki, onu həmişə dəstəklədiyi İsrailin casusu kimi də qələmə veriblər.
Zeman daha sonra ciddi olaraq bəyan edib ki, əslində yalnız Çexiya Respublikasının casusudur.