Bakı şəhərinin Yasamal rayonu ərazisindəFüzulimeydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı ərazilərdə"Azəravtoyol ASCtərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir.
Unikal.org xəbər verir ki, layihə Nəriman Nərimanov, Abdulla Şaiq, Balababa Məcidov, Mirzağa Əliyev,Füzuliküçələrini və Təzəpir məscidin ətrafındakı yolları əhatə edir. Təzəpir məscidi ətrafındaki yollar iki zolaqlı, digər yollarda isə üç və dörd zolaqlı olması nəzərdə tutulub.
Qeyd edək ki, yenidən qurulan küçələrdə layihə üzrə yeni işıqlandırma sistemləri qurulacaq, bunun üçün 220 ədəd işıq dirəyindən istifadə ediləcək. Bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda "cibliyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, parkinq yerlərinin tikintisi nəzərdə tutulur.


