Azərbaycan ərazisində quraşdırılan bankomatların ümumi sayı aylıq müqayisədə 7 ədəd (+0,29%) artaraq, illik 112 ədəd (-4,35%) azalaraq 2017-cı il fevralın 1-nə 2 461 ATM təşkil edib.
Unikal.org xəbər verir ki, bu barədə "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Bankomatların 1 332 ədədi Bakıda, 1 129-u regionlarda yerləşir. Yanvar ayında paytaxtda 10 ədəd bankomat quraşdırılıb, regionda 3 bankomat ləğv edilib.
Hesabata əsasən, 2017-ci il fevralın 1-nə ölkədə hər 4,0 min nəfərə bir bankomat düşüb. Əvvəlki ilin müvafiq dövründə isə bu göstərici 3,8 min nəfər/ATM təşkil edib. Bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi cari ilin yanvar ayında 287,7 min manat olub. Bu da öz növbəsində əvvəlki ayla müqayisədə 32,6% azalıb, illik müqayisədə 11,7% artıb.
Cari il fevralın 1-nə ölkədə mövcud olan POS-terminalların sayı 71 164 ədəd təşkil edib. Bu da aylıq müqayisədə 642 ədəd və ya 0,9%, illik müqayisədə 7 288 ədəd və ya 9,3% azalma deməkdir.