Müğənni Seda Sayan 6 ildir sevgili olduğu Erkan Çelikdən ayrılmasına münasibət bildirib.
Unikal.org-un Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ifaçı açıqlamasında bildirib ki, sevgilisi ilə ayrılsa da dost qalıb:
"Erkan Çelik ilə sevgi, hörmət və sədaqət çərçivəsində davam edən bərabərliyimizdə sevgini, dostluğu və iş yoldaşlığını gözlərinizin önündə yaşadıq... Lakin gərgin iş həyatımızın gətirdiyi yorğunluqla münasibətimizi bitirmək nöqtəsinə gəldik. Bu səbəbdən də ayrılmağımızın ən düzgün qərar olduğu nəticəsinə gəldik. İş yoldaşlığımız və dostluğumuz isə əbədidir"