Türkiyəli müğənni və rejissor Metin Arolat Bakıya gəlib.
Unikal.org axşam.az-a istinadən bildirir ki, o, paytaxtımıza işlə bağlı gəldiyini bildirib. Arolat firmalardan birinin reklam çarxını hazırlayıb. Çarxda isə aparıcı Kəmalə Piriyeva rol alıb.
Paytaxda gəzintiyə çıxan Metin buralara heyran qaldığını bildirib:
"Buranı yavaş-yavaş kəşf edirəm. Çox gözəldir. Təmizliyə heyran qaldım. Küçədə sanki toz da yoxdur. Bakı ilə eşq yaşayıram. Yuxu kimi bir şəhərdir".