Ağstafa rayon sakini ağır xəsarət alıb.

Unikal.org bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dağ Kəsəmən kənd sakini, 1983-cü il təvəllüdlü Salifov Samir Mehdi oğlu kəllə beyin travması və sol gicgah nahiyəsinin əzilmiş cırılmış yarası xəsarəti ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

S. Salifov avtomobil təmir edəndə başına dəmir parçası düşüb.