Xudat şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org bildirir ki, APA-nın Şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Xaçmaz yolunun 2-ci şöbə adlanan hissəsində qeydə alınıb.

Xudat şəhər sakini Quliyev Məmmədağa Hüseynqulu oğlunun idarə etdiyi "Traktor" yolun kənarında dayan "Vaz 2106" markalı maşına çırpılıb. Qəza nəticəsində 2001-ci il təvəllüdlü Əmirov Alim Vahid oğlu ağır bədən xəsarətləri ilə Xudat Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Dünyasını dəyişən gənci atası uzun müddət yol polisi işləyib.
Fakt araşdırılır.