Qazax rayonunda 34 yaşlı kişi intihara cəhd edib.
Unikal.org bildirir ki, "Report"un qərb bürosunun məlumatına görə, Aşağı Salahlı kənd sakini, 1983-cü il təvəllüdlü İsmayılov Zirəddin Sabir oğlu hələki bilinməyən səbəbdən müxtəlif dərman preparatları içərək intihar etmək istəyib. Zəhərlənən Z . İsmayılov yaxınları tərəfindən Qazax rayonu Mualicəvi Diaqnostika Mərkəzinə aparılıb. Dərhal həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti orta-ağırdır.
Faktla bağlı Qazax rayon Polis Şöbəsindən araşdırma aparılır.