Biləsuvarda Cəlilabad sakinindən külli miqdarda narkotik maddə götürülüb.

Unikal.org "Reporta istinadən xəbər verir ki, Biləsuvar rayon Polis şöbəsinin keçirdiyi əməliyyat zamanı narkotik alverçisi iş başına yaxlanıb.

Müəyyən olunub ki, Cəlilabad rayon sakini Elnur Quluyev bir müddət əvvəl İrana gedib və orada Hacı adlı şəxsdən satış məqsədi ilə külli miqdarda narkotik vastə alıb. O, daha sonra narkotik maddəni Dövlət sərhədindən qaçaq yolla Azərbaycan tərəfə keçirib. Lakin narkotik vasitələri satarkən polis tərəfindən tutulub.
Saxlanılan zaman onun üzərindən 935 qram tiryək, 990 qram heroin və ümumilikdə 2 min 170 qram müxtəlif növ narkotik vasitə aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.