Bu gün günorta saatlarında Xudat şəhəri ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org bildirir ki, APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat-Yalama yolunda "Peugeot markalı avtomaşınla "Mersedes toqquşub.

Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Xudat şəhər xəstəxanasında ilkin tibbi yardımdan sonra hər üç şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Fakt araşdırılır.