Axşam saatlarında paytaxtın Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən verdiyi məlumata görə, 2 minik avtomobilinin toqquşması nəticəsində yaralıların olduğu bildirilir.

Hadisə yerinə 2 təcili yardım maşını və yol polisi cəlb edilib. Prospektin şəhər istiqamətində hərəkət hissəsində hazırda tıxac yaranıb.

Qəza törətmiş avtomobillərin ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülür.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.