Manatın devalvasiyasından sonra qida məhsullarının qiymətində artım müşahidə olunsa da daşınmaz əmlak, eləcə də avtomobil bazarında müştəri qıtlığı üzündən qiymətlər kəskin şəkildə enib.Bakıda yerləşən və üzərinə "Ev alqı-satqısı" yazılan obyektlərdə çalışan şəxslər bildirir ki, əhali gözləmə mövqeyindədir. Bu isə evlərin qiymətinə təsirsiz ötüşmür.
Metronun "Neftçilər" stansiyasının yaxınlığında yerləşən və "Maklerlər bağı" kimi tanınan ərazidə, boyunlarına ev satışı ilə bağlı elanlar asan satıcılara rast gəlinsə də alıcı yoxdur. Maklerlərlər bildirir ki, fevral ayından sonra mənzil bazarında qiymətlər nəzərəçarpacaq dərəcədə enib:
"Qiymətlərdə 15-20 min manat enmə var. Məsələn, əvvəl birotaqlı mənzili 65 minə satırdıqsa, indi 42 minə də tapmaq olar. Elə çoxotaqlı mənzillərin də qiymətində azalma var. Kirayə bazarında da zəiflikdir. Avqust ayı ilə müqayisədə indi kirayə mənzil bazarında qiymətlər 30-50 manat aşağı düşüb.
Tikintidə işləyənlərin işdən çıxarılması, bir çox obyektlərin bağlanması nəticəsində rayondan bura işləməyə gələnlərin sayının azalması kirayə mənzil bazarın çökdürüb. İndi daha çox gənc ailələr kirayə mənzil axtarırlar. Bir də tələbələr... O da ki, təklif çox, tələb yox... Ona görə də qiymətlər enir".
Bəzi daşınmaz əmlak ekspertlərinin qiymətlərin sabit qalması barədə iddialarına gəldikdə isə, maklerlər bunu ironiya ilə qarşıladılar: "Belə məlumatları biz də saytlarda oxuyuruq. Ancaq nəyə əsaslanaraq belə şərh verirlər, bizə aydın deyil. Son 6 ayda şəxsən tanıdığımız və tərəfdaşlıq etdiyimiz onlarla daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan firma ofislərini bağlayıblar. Mənzillər satılmadığından ofis saxlmaq mümkün deyil. Bəzi firmalar bir neçə ay ofisi öz hesablarına saxladılar. Ancaq bazara çıxarılan mənzillər satılmadığından ofisi bağlamağa məcbur oldular. İndi maklerlkərin çoxu ofisi bağlayıb, fərdi qayda da bu işlə məşğul olur. Müştərilərimiz əsasən Rusiyada işləyən azərbaycanlılar və plana düşən evlərinə görə hökumətdən təzminat alan paytaxt sakinləri idi. Rusiyada vəziyyət pisləşdiyindən oradakı azərbaycanlıların da işləri yaxşı getmir. Əksinə, Rusiyada işləyib Bakıda ev alanların çoxu evlərini satışa çıxarıb, ancaq alıcı tapılmır. Bakıda söküntü işləri də dayandığından bu qrup da yoxa çıxıb."
Daşınmaz əmlak bazarının peşəkar oyunçularının fikrincə, yaxın prespektivdə bazarın canlanmasına ümid yoxdur: "Təbii ki, insanların mənzilə təlabatı var. Ancaq gəlirlər kəskin azaldığından daşınmaz əmlak bazarına maraq də kəskin azalıb. Əsas alıcılardan biri də iri şirkətlərin menecer-mühəndis korpusu idi. Kütləvi ixtisarlar nəticəsində onların da çoxu ya iş yerini itirib, ya da gəlirləri yarıbayarı azalıb. Ona görə də yaxı vaxtlarda bazarda yaxşı mənada müsbətə doğru dəyişiklik gözlənilmir".