Ağcabədidə yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.