Avstraliyanın Çinçinnati heyvanxanasında Bleykli adlı köpək balaca üç pələng balasına analıq edir.

Unikal.org xəbər verir ki, bu barədə məlumat "WCPO Cincinati" portalında yer alıb.

Bildirilir ki, pələng balaları bu ilin fevralında dünyaya gəliblər.

 Onların anası balalarını yemləməkdən imtina edib. Balaca pələnglərə Şira, Batari və İzzi adları verilib.(Musavat.com)