Bakıda naməlum avtomobilin vurduğu 59 yaşlı kişi ağır kəllə-beyin travması alıb.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsində 1958-ci il təvəllüdlü Babayev Baxış Saleh oğlunu naməlum avtomobil vurub. Ağır xəsarət alan B.Babayev xəstəxanaya yerləşdirilib.

Həkimlərin müayinəsindən sonra B.Babayevin sağ və sol qabırğalarının sındığı, ağır kəllə-beyin travması aldığı məlum olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.