2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına ərizə qəbulu davam edir.

Unikal.org-un xəbərinə görə, bu gün saat 10.00-dək 910 nəfər bakalavr öz ərizəsini təsdiqləyib. Təsdiq edilmiş ərizələrin 785-ü Azərbaycan, 125-i isə rus bölmələrinə aiddir.

Hazırda ərizə qəbulu davam edir.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) martın 10-dan 17-dək 2017/2018-ci tədris ili üçün magistraturaya qəbul elan edib. Magistratura imtahanın birinci mərhələsi aprelin 9-da, imtahanın ikinci mərhələsi isə 4 iyunda keçiriləcək.