Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.
Kənd sakini, 1978-ci il təvəllüdlü Əliyev Ayaz Nizami oğlu sol kürək nahiyəsindən bıçaqlanaraq ağır yaralanıb.
Unikal.org report -a istinadən xəbər verir ki, 39 yaşlı Əliyev Ayaz Nizami oğlunu bıçaqlayan isə əmisi qızı olub.
İlkin məlumata görə, 56 yaşlı qadın əmisi oğlunu ona qarşı xoşagəlməz ifadələr işlətdiyi üçün bıçaqlayıb.
Belə ki, A.Əliyev sərxoş halda ailə həyatı qurmayan əmisi qızına qarşı xoşagəlməz ifadələr işlədib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Bu zaman qadın bıçağa əl atıb və A.Əliyevə xəsarət yetirib.
Hadisəni törətmiş şəxs saxlanılıb.