Latviyanın paytaxtı Riqadakı ticarət mərkəzində yanğın baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yanğın səhər saatlarında başlayıb.

Qeyd olunur ki, yanğınsöndürənlər gələnə qədər ticarət mərkəzində olanlar təxliyyə olunublar. İlkin məlumata görə, yanğın ticarət mərkəzinin ikinci mərtəbəsində - idman zalında başlayıb.

Hazırda yanğının söndürülməsində 40-dan çox yanğınsöndürən və 11 maşın iştirak edir.