Prezidentin sərəncamı ilə bu yaxınlarda Salyan rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Tahir Kərimovun rayonda dəbdəbəli villası əlindən alınıb.
Unikal.org Ölkə.az-a istinadən xəbər verir ki, Tahir Kərimovun Salyan şəhərinin mərkəzində inşa etdirdiyi dəbdəbəli villası bundan sonra İcra Hakimiyyətinin balansında muzey kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Tahir Kərimov bu il martın 4-də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov təyin edilib.