Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən İlham Aslanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Prokuror cinayət işində olan sənədlərə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Hazırlıq iclası aprelin 3-də davam etdiriləcək.
Qeyd edək ki, ötən ilin iyununda Quba şəhərində qətl hadisəsi baş verib. İyunun 27-də Amsar kənd sakini İlham Aslanov Quba RPŞ-yə şübhəli şəxs qismində gətirilib. O, izahatında cari il mart ayının 21-də qarət məqsədi ilə şəhər sakini, 84 yaşlı Gülpəri Musayevanın evinə girdiyini? onu iplə boğaraq öldürüb oradan 103 manat pul apardığını bildirib.