Musa Musayev və Təranə Qumral "Evgördü verilişinə qonaq olublar.

Unikal.org xəbər verir ki, hər iki sənətçi evlərini tamaşaçılarla tanış edib.

Musa Musayev deyib ki, evdə onun sözünün keçir:

"Evin dizaynını özümüz eləmişik. Evin tavanını 8 guşəli ulduz etmişəm. Bayrağımızın rənglərini həkk etdirib, ay və ulduz düzəltmişəm. Evdə şəkilləri sevirik. Bir-iki şəkil var, onu da bağ evinə aparacayıq. Sənət adamının bağ evi, gözəl mənzili, villası olmalıdır. Bütün dünya müğənniləri hamısı yaxşı yaşayıblar. Sadəcə bizdə yaxşı qarşılanmır.

Biz də yaxşı yaşamalıyıq. Balalarımız üçün qoyub gedəcəyik. Təranəyə qədər çox diqqətsiz idim. İndi hər şeyə diqqət edirəm. Məndə çox səhv tutur. Evdə əsasən mənim sözüm keçir. "Peçat"ı mən vururam. Amma Təranin də sözünə önəm verirəm".

Təranə Qumral isə hər gün dalaşdıqlarını bildirib:

"Hər gün bir-birimizi qırırıq, çox dalaşırıq. Bir-birimizi çox istəyirik deyə belə olur. İnsan insanı çox istəyəndə çox dalaşır. Mən səhnədə müğənniyəm, evdə evimin xanımıyam".