Ermənistan prezidenti Serj Sarkisyan martın 14-15-də Rusiya prezidenti Vladimir Putinin dəvətilə Moskvaya yola düşəcək.
Unikal.org xəbər verir ki, Kremlin mətbuat xidmətinin yaydığı məlumata görə, martın 15-də yüksək səviyyədə keçirilən görüşlər zamanı ikitərəfli münasibətlərin inkişaf prespektivləri, iqtisadi münasibətlər müzakirə ediləcək.
Məlumatda həmçinin aktual regional problemlərin, ən əsası isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə ediləcəyi də qeyd olunub.