Azərbaycanda zorlama əməlinə görə axtarışda olan E.Siyahbərzadə Rusiyada saxlanılıb.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, 2012-ci ildə əmisi qızını zorlayan 25 yaşlı Yevlax sakini hüquq-mühafizə orqanlarından 5 il gizlənə bilsə də, Saratovda tutulub.

Saratov Prokurorluğundan verilən məlumata görə, o, hazırda öz ölkəsinə ekstradiya olunur.

Mənbə bildirir ki, Azərbaycanda axtarışda olan bu şəxsin təcavüz etdiyi qızın 14 yaşı tamam olmayıb. Onunla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 152.2-ci maddəsilə cinayət işi açılıb.

Saxlanılan şəxs Rusiya Penitensiar Xidməti vasitəsilə Azərbaycana ötürülmək üçün Dağıstana yola salınıb.