Bakıda metrodan çıxan 44 yaşlı qadını avtomobil vurub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Həkimquliyeva Elnarə Atəş qızı metronun Qara Qarayev stansiyasından çıxıb, yolu keçərkən onu avtomobil vurub. E.Həkimquliyeva xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.