Goranboy rayonunda 35 yaşlı kişi meyiti tapılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, səhər saatlarında təcili tibbi yardım avtomobili ilə kişi meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə gətirilib.
Müayinələr zamanı meyitin rayon sakini 1982-ci il təvəllüdlü Ruhin Xəlilov olduğu müəyyən edilib.
Qeyd edək ki, R.Xəlilovun ruhi xəstə olduğu bildirilib. Onun hansı səbəbdən ölməsi araşdırılır.