Fransanın Xarici işlər naziri Jan Mark Ayrault Hollandiyanın Türkiyəyə qarşı qərəzli münasibəti və hər iki ölkə arasında yaranmış diplomatik krizlə bağlı açıqlama verib.

Unikal.org-un "Reutersə istinadən xəbərinə görə, XİN rəhbəri açıqlamasında bildirib ki, Türkiyənin Hollandiyanı nazilərə bənzətməsi və bu ölkədə faşizmin hökmranlıq etdiyini bəyan etməsi qəbul edilən hal deyil.

"Türkiyə Avropa İnsan Haqqları razılaşmasına hörmət etməlidir, -deyə Ayrault qeyd edib.