Almaniya kansleri Angela Merkel dünyanın gündəminə çevrilən Türkiyə-Niderland qalmaqalına münasibət bildirib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Merkel Niderlanda tam dəstək verdiyini bəyan edib. O, açıq-aşkar Türkiyəyə qarşı çıxaraq Niderlandla həm fikir olduğunu söyləyib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə eniş icazəsinin verilməməsi və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın Niderlanda buraxılmaması ilə əlaqədar iki ölkə arasında siyasi qalmaqal yaşanır.