Göyçay rayonunda ölümlə nəticələnən yolqəzası baş verib.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 21:00 radələrində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 206-cı kilometrliyində, Göyçay rayonunun Bığır kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı olan Məhəmməd Quliyev idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə yolu keçən piyadanı, Göyçayın Qarayazı kənd sakini 1956-cı il təvəllüdlü Eyvazov Sədiyar Bulud oğlunu vurub. Sədiyar Eyvazov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.