Rusiyanın Stavropol vilayətində ağır yol qəzası baş verib.

Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, kombayn və təcili yardım maşınının toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Xəsarət alanlar Budyonnovsk rayonunun xəstəxanasına çatdırılıblar. Onların vəziyyətləri barədə məlumat verilmir. Qəzanın səbəbləri araşdırılır.