Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəza zamanı dünyasını dəyişən 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızına qarşı iyrənc əməl eşidənləri sarsıdıb.

Unikal.org xəbər verir ki, mərhumun xalası oğlu Vahid İlham oğlunun milli.az-a verdiyi məlumata görə, qəzadan dərhal sonra Çinarənin mobil telefonu hələlik şəxsiyyəti müəyyən edilməyən şəxs tərəfindən oğurlanıb.

Hər kəsin yardıma qaçmalı olduğu bir məqamda naməlum şəxs iyrənc əməlindən əl çəkməyib.

Xatırladaq ki, qəza nəticəsində Sumqayıt Dövlət Universitetinin Fizika və Elektroenergetika fakültəsinin 3-cü kurs tələbələri Quliyev İbrahim Vuqar oğlu, Nəsibov İbrahim Xəqani oğlu, 1999-cu il təvəllüdlü Canıyev Rəşad Füzüli oğlu, 1997-ci il təvəllüdlü Muradova Roza Eynulla qızı, 1996-cı il təvəllüdlü Quliyeva Çinarə Azər qızı və 1999-cu il təvəllüdlü Nəsirzadə Lalə dünyasını dəyişib.