İmişlidə psixoloji problemləri olan qadın özünü şərflə asaraq intihar edib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Həsənov küçəsində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü Şahbazova Səidə İman qızı yaşadığı evin həyətindəki qeyri-yaşayış sahəsində özünü şərflə asaraq intihar edib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Məlumata görə, S.Şahbazovanın uzun müddətdir ki, psixoloji problemləri varmış.