Bakıda bir balaca imkan düşən kimi qayda pozub qəza şəraiti yaradan sürücülər də var.
Unikal.org xəbər verir ki, belələrindən ikisi avtosfer.az-ın kamerasına tuş gəlib.
Yusif Səfərov küçəsində - Bakı Şəhır Baş Polis İdarəsinin qarşısında "Toyota Prado" və "Nissan" markalı avtomobilin sürücüləri səkilərin söküldüyünü, ərazidə təmir getdiyini görərək kobud qayda pozuntusuna yol veriblər. Təxminən 50 metr sonra normal qaydada geriyə dönmək mümkün olduğu halda, bu sürücülər özlərinə əziyyət vermədən başqalarının yoluna çıxmaqla qəza şəraiti yaradıblar.