Bakıda məktəbli itkin düşüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, rayon sakini, 1999-cu il təvəllüdlü N. K.-nın itkin düşməsi barədə polisə məlumat daxil olub.

Valideynlərinin dediyinə görə, 202 saylı orta məktəbin 11-ci sinfində oxuyan N. K. ötən gün saat 14.00 radələrində məktəbdən çıxıb, ondan sonra barəsində heç bir xəbər yoxdur.

Hazırda polis onun tapılması istiqamətində axtarışları davam etdirir.